ABŞ İsrail parlamentinin Ali Məhkəmənin hökumət üzərində nəzarətini ləğv edən mübahisəli qanun layihəsini təsdiq etməsini “bədbəxtlik” hesab edib.
Elchi.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre verdiyi yazılı açıqlamada, prezident Co Baydenin demokratiyada böyük dəyişikliklərin daimi olması üçün mümkün olan ən geniş konsensusun olması lazım olduğunu söylədiyi qeyd edib.
“Təəssüf ki, bugünkü səsvermə mümkün olan ən az səs çoxluğu ilə baş tutub”, – deyə bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar İsrail liderlərinin siyasi dialoq vasitəsilə daha geniş konsensus yaratmaq səylərini dəstəkləməyə davam edəcək.
Şayəstə Hüseynova




