ABŞ Respublikaçılar Partiyasından olan konqresmenlər Amerika lideri Co Baydeni Ukrayna Silahlı Qüvvələrinə daha çox Amerika uzunmənzilli Ordu Taktik Raket Sistemi ötürməyə çağırıb. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Aydındır ki, “ATACMS” üzərində işi bitirməyin vaxtıdır. Bunu etməməyin qiyməti nəinki döyüş meydanında dalana dirənməsi və bu müharibənin daha da uzadılması, həm də düşmənlərimizin bütün dünyada təsir əməliyyatları aparması səbəbindən qlobal qeyri-sabitliyi daha da təhdid edir”, – deyə nəşr Baydenə göndərilən məktubun məzmununu bildirir.
Bundan əvvəl məlum olub ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən tədarük edilən “ATACMS” raketləri kasetli sursatlarla təchiz olunub. Bu barədə “The New York Times” Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Havar Şəfiyeva






