"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-dan neft ölkələrinə xəbərdarlıq

14 Yanvar 2016 - 10:27
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ-dan neft ölkələrinə xəbərdarlıq

ABŞ Energetika Nazirliyinin enerji informasiyaları idarəsinin proqnozunda bildirilir ki, yaxın iki il ərzində Brent markalı neftin barelinin orta qiyməti 50 dolları keçməyəcək.
İdarənin analitikləri neftin orta qiyməti ilə bağlı əvvəlki proqnozlarından da 28 faiz aşağı düşüblər. Əgər əvvəlcə 2016-cı il üçün neftin orta qiyməti 55.78 dollar proqnozlaşdırılırdısa, indi bu rəqəm 40.15 dollar səviyyəsində müəyyən olunub.
ABŞ Energetika Nazirliyinin əməkdaşları ilk dəfə 2017-ci il üçün də rəsmi proqnoz açıqlayıblar. Onların fikrincə, gələn il Brent neftinin barelinin orta qiyməti təxminən 50 dollar civarında olacaq.
Neftin qiymətinin dünya səviyyəsində aşağı olmasının səbəblərinə gəlincə, ABŞ analitikləri bunu tələb və təklif arasında balansın pozulması, eləcə də İranda neft hasilatının artması ilə izah ediblər. Onların hesablamalarına görə, 2016-cı ildə İslam respublikasında orta sutkalıq neft hasilatı 300 min barelə, 2017-ci ildə isə 500 min barelə çatacaq.
Nəticədə OPEC ölkələrində orta sutkalıq neft hasilatının həcmi 2016-cı ildə qoyulan tələbi 2 mln barel aşacaq. 2015-ci ildə OPEC-də hasilat qoyulan tələbdən 1.6 mln barel artıq olmuşdu.
ABŞ Energetika Nazirliyinin analitikləri hesabatlarında 2016-cı ildə neft bazarına müxtəlif faktorların təsir edəcəyini də qeyd edib. Bura İran neftinin bazara qayıdışı, istehlak həcmindəki dəyişikliklər və OPEC-dən kənar istehsalçıların aşağı qiymətləri qorumasına reaksiya kimi amillər daxildir.
Birjalarda Brent markalı neftin bareli isə yenidən 31 dollardan aşağı düşüb.
Ötən günsə Böyük Britaniyanın “Standard Chartered” bankının analitikləri neftin qiyməti ilə bağlı ən pessimist proqnoz vermişdilər. Onlar neftin 1 barelinə görə qiymətinin 10 dollara qədər düşə biləcəyini açıqlamış, bunu isə neft bazarında yaranmış vəziyyətlə izah etmişdilər.
Dünyanın bir çox digər bankları – “Barclays”, “Macquarie”, “Bank of America”, “Merill Lynch”, “Societe Generale”-in açıqladığı proqnozlar da 2016-cı ildə neftin qiymətinin aşağı səviyyədə qalacağından xəbər verir.
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevsə neftin qiymətinin belə aşağı səviyyədə qalma müddətinin hətta 10 il davam edə biləcəyi fikrini irəli sürüb.
“Mənə elə gəlir, indi neftin qiymətinin 20 dollar, 15 dollar olacağından qorxmaq lazım deyil. Bu, böyük risk deyil. Ən böyük risk odur ki, neftin qiymətinin bu səviyyədə qalması illər, onillik boyunca davam edəcək”, – deyə Ulyukayev bəyan edib.
Yanvarın 8-də neftin qiyməti ilə bağlı problem Afrikanın regional CEMAC təşkilatı ilə görüşdə də müzakirə olunmuşdu. Həmin görüşdə çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard bildirmişdi ki, əvvəlki iqtisadi tsikllərdən fərqli olaraq neftin çox uzun müddət bahalaşmayacağı proqnozlaşdırılır. BVF başçısı qeyd etmişdi ki, müəyyən dövrlərdə neftin reabilitasiyası mümkündür, lakin müsbət proqnozlar ancaq 2019-cu ildən sonra mümkün olacaq. Onun fikrincə, neftin qiyməti yaxın illərdə maksimum 60 dollara qədər arta bilər.

Onların hesablamalarına görə, 2017-ci ildə də neftin qiyməti cari ildəki kimi aşağı səviyyədə qalacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlik şagirdin döyülməsini araşdırır

Next Post

Gömrükdən nəyi pulsuz keçirmək olar?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Gömrükdən nəyi pulsuz keçirmək olar?

Krediti 10 min dollara kimi olanlara - Şad xəbər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.