ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iki ABŞ diplomatının Moskvada “persona non-qrata” elan edilməsi ilə bağlı “Biz buna lazımi cavabı verəcəyik” – deyib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Rusiya administrasiyasının iki ABŞ diplomatını “persona non-qrata” elan etməsi ilə bağlı açıqlama verib.
Miller bəyan edib ki, Rusiya bu ölkədəki ABŞ diplomatik personalını, eləcə də öz vətəndaşlarını “təqib etməkdə” davam edir.
Miller lazımi addımları atdıqlarını və Rusiyanın ABŞ-dakı səfirini Xarici İşlər Nazirliyinə çağıracaqlarını bildirib.
Nuranə Məmmədova





