Vaşinqton Gürcüstan hakimiyyətini sabiq prezident Mixail Saakaşvili ilə ədalətli və ləyaqətli şəkildə, beynəlxalq normalara uyğun davranmağa çağırır.
Bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.
O bildirib ki, ABŞ baş verənləri izləyir və Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir.
“Vaşinqton Saakaşvilinin adekvat tibbi yardım almasına şərait yaradılacağını gözləyir”, – Prays qeyd edib.
Xatırladaq ki, 1 oktyabrdan aclıq elan edən Saakaşvilinin müalicəsi üçün türmə həbsxanasının təchizatı uyğun görünməsə də, Gürcüstan Ədliyyə Nazirliyi onun mülki xəstəxanaya köçürülməsinə imkan vermir.




