ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Türkiyədə 14 dekabrda keçirilən əməliyyatla bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Psaki Türkiyədə baş verənləri yaxından izlədiklərini deyib.
Psakinin yayımladığı bəyanatda deyilir: “Türk polisinin Türkiyə daxilində bir sıra basqınlar və əməliyyatlar aparmasına dair xəbərləri yaxından izləyirik. Saxlanılanların Türkiyə hökumətini açıq tənqid edən media orqanları olduğu görünür. Mətbuat azadlığı, məhkəmə prosesi və mühakimə etməyin müstəqilliyi hər bir sağlam demokratiya üçün əsas faktorlardır və bunlar Türkiyə Konstitusiyasında müqəddəs amil kimi qəbul edilir”.



