
ABŞ-ın 2016-ci ildə keçiriləcək prezident seçkilərində prezidentliyə namizədlərdən biri olan senator Rand Paul Kürdüstan üçün yeni sərhədlər cızacağını bildirib.
Avropa.info xəbər verir ki, senator Rand Paul kürdlərə öz dövlətlərini qurmaq imkanının tanınması lazım olduğunu bildirib.
“Mən Kürdüstan üçün yeni sərhədlər cızacam və onlara yeni bir ölkənin sözünü verirəm.”
Jurnalistlərin suallarını cavablandıran respublikaçı Rand Paul Amerikanın bu günə qədər verdiyi dəstəyin kafi olmadığını, kürdlərin İŞİD-ə qarşı daha çox silahlandırılmalı olduğunu söyləyib.
“Kürdlərdən, radikal cihadçılara qarşı müdafiə üçün öz ölkələrinin verilməsi lazımdır. Ancaq mən bir addım daha irəli gedəcəyəm. Mən Kürdüstan üçün yeni sərhədlər cızmağı planlaşdırıram. İnanıram ki, əgər onlara öz ölkələrini vəd etsək onlar son damla qanlarına qədər savaşarlar. Bunu söyləmək əlbəttə reallaşdırmaqdan daha asandır. Çünki yeni bir ölkənin sərhədlərini çəkmək üçün Türkiyə, İraq və Suriyadan torpaq alınması lazım olacaq”.



