Ağ Evin sözçüsü Karine Jean-Pierre, Zaporojya Atom Elektrik Stansiyası ilə bağlı Rusiya və Ukrayna arasında irəli sürülən ittihamlarla bağlı bir müddətdir ki, stansiyadakı şəraiti yaxından izlədiklərini və stansiya yaxınlığında müharibə olmaması lazım olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Jean-Pierre gündəlik mətbuat konfransında sualları cavablandırıb.
O, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı NATO-nun açıq qapı siyasətinə sadiq olduqlarını, lakin bu məsələdə alyans üzvləri ilə birlikdə qərar verilə biləcəyinə diqqət çəkib.
NATO müttəfiqləri ilə Ukraynanın Avro-Atlantik inteqrasiya məqsədini necə kollektiv şəkildə dəstəkləyə biləcəklərini müzakirə etdiklərini ifadə edən Jan-Pierre, “Prezident (Bayden) bunu dəfələrlə deyib. Ukrayna istənilən NATO ölkəsi ilə eyni standartlara cavab vermək üçün islahatlar aparmalıdır .
Jean-Pierre bildirib ki, Bayden Ukraynanın bunu edə biləcəyini düşünür.
Nuranə Məmmədova






