Elchi.az “TASS”-a istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü “Marjorie Taylor Greene” Ukrayna ordusunu nasist adlandırıb və prezident Vladimir Zelenskini seçkiləri ləğv etdiyinə görə qınayıb.
O, Facebook səhifəsində yazıb: “Hər gün ordu yaşılı geyinən, ABŞ-ın müharibə alovlayıcıları tərəfindən tamamilə maliyyələşdirilən, bu yaxınlarda ləğv edilmiş seçkilər, dövlət mediasına nəzarət edən və nasist ordusu olan bu aktyorun sözlərinin nə qədər mənası var”.
Belə ki, qanunverici Zelenskinin cümə axşamı Kiyevdə Ukraynadakı münaqişənin ekoloji nəticələrinə dair beynəlxalq işçi qrupunun üzvləri ilə görüşünü şərh edib.
İyunun 6-da “Marjorie Taylor Greene” öz Tvitter səhifəsində ABŞ hakimiyyətini Ukraynaya dəstək verdiyinə görə axmaqlıqda günahlandırıb və Kiyevə vəsait ayrılmasının əleyhinə səs verəcəyini bəyan edib.
Nuranə Məmmədova






