ABŞ Ədliyyə Nazirliyi “X” sosial şəbəkəsinin sahibi amerikalı sahibkar İlon Maskı istifadəçi məlumatlarının məxfiliyini və təhlükəsizliyini pozmaqda ittiham edib. Elchi.az “Axios”a istinadən xəbər verir ki, departament Maska qarşı ittiham irəli sürüb.
Nəşrin məlumatına görə, Ədliyyə Nazirliyi milyarderin “Twitter”in 2010-cu ildə Federal Ticarət Komissiyası ilə bağladığı istifadəçi məxfiliyi müqaviləsini 20 il müddətinə ləğv etməyə cəhd etdiyinə diqqət çəkib. Agentlik, Musk-ın əsassız təklifinin rədd edilməli olduğunu bildirərək məhkəməyə müraciət edib.
Qeyd edək ki, Mask “Twitter”i 2022-ci ilin oktyabrında alıb. Bundan sonra işçilərin yarıdan çoxunu işdən çıxarıb və şirkət rəhbərliyini dəyişib.
Havar Şəfiyeva






