ABŞ fond bazarında Dow Jones indeksi 0,40% – 17 137,36 bəndədək, S&P 500 0,50% – 2 007,71
bəndədək, NASDAQ isə 0,45% – 4 582,90 bəndədək artıb.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,33% – 6 855,10 bəndədək, Fransa CAC-40-ı 0,19% – 4 486,49 bəndədək azalıb, Almaniya DAX-ı isə 0,23% – 9 747,02 bəndədək artıb.
COMEX-də qızılın bir unsiyasının qiymətində dəyişiklik qeydə alınmayıb və 1267,30 dollara bərabər olub.



