ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş müşaviri “Rocer Stoun” deyib ki, Parisin uzaqgörən miqrasiya siyasəti Fransada iğtişaşlara səbəb olub.
Elchi.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.
“Napoleon indi məzarında çevrilir. Ölkənizə maneəsiz immiqrasiyaya icazə verəndə belə olur”,-deyib.
Fransada irimiqyaslı etirazlar və qırğınlar iyunun 27-də polisin 17 yaşlı gənci həbs edərkən öldürməsindən sonra başlayıb. Hüquq-mühafizə orqanları gəncin polisin tələblərinə tabe olmadığını bildiriblər. Atıcıya qarşı ittiham irəli sürülüb.
Azyaşlı uşaqları iğtişaşlarda iştirak edən valideynlər cinayət məsuliyyətinə cəlb olunmaqla hədələnib. Mümkün həbs müddətinin xatırladılması o vaxta təsadüf edir ki, səlahiyyətlilər iğtişaşlar zamanı saxlanılanların 30 faizinin yetkinlik yaşına çatmayanlar olduğunu deyirlər.
Nuranə Məmmədova





