ABŞ hərbçiləri Suriyada antiterror əməliyyatı keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında qurumun sözçüsü Con Kirbi məlumat verib.
O, Suriyanın şimal-qərb hissəsində keçirilən əməliyyatda xüsusi təyinatlı hərbçilərin iştirak etdiyini, ABŞ tərəfinin itki vermədiyini əlavə edib.
Əməliyyatın detalları barədə əlavə məlumat verilmir.






