ABŞ rəsmilərinin “casus peyki” kimi təsvir etdiyi Çin şarının vurulması ilə bağlı Pekinlə gərginliyin artması fonunda ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Cənubi Çin dənizində birgə təlimlər keçirir.
Elchi.az “Associated Press“ xəbər agentliyinə istinadən xəbər verir ki, Yaponiyada yerləşən 7-ci Donanma bildirib ki, USS Nimitz zərbə qrupu və 13-cü Dəniz Ekspedisiya Qüvvələri Cənubi Çin dənizində mürəkkəb ekspedisiya zərbə qüvvələri əməliyyatları həyata keçirib.
Gəmi, quru qoşunları və aviasiya vasitələrinin iştirakı ilə keçirilən hərbi təlimlər fevralın 11-də keçirilib, lakin onların nə vaxt bitdiyi barədə ətraflı məlumat verilmir.
ABŞ Cənubi Çin dənizində suverenliklə bağlı rəsmi mövqe tutmur, lakin israr edir ki, naviqasiya və havada uçuş azadlığı qorunmalıdır. ABŞ ildə bir neçə dəfə Çinin “Spratli” adalarındakı möhkəmləndirilmiş forpostlarının yanından gəmilər göndərir və bu, Pekinin şiddətli etirazlarına səbəb olur.
Yeganə





