Patruşev alimləri ABŞ-ın Rusiyaya qarşı bioloji müharibə planlarına qarşı mübarizədə kömək etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev rusiyalı alimləri ABŞ-ın Rusiya və bir sıra digər ölkələrə qarşı bioloji müharibəsinə qarşı mübarizədə kömək etməyə çağırıb.
Patruşev Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şuranın iclasında deyib: “ABŞ-ın hərbi proqramların hazırlanmasında istifadə etdiyi xüsusi bioloji tədqiqatlar bizim elmi ictimaiyyətin diqqətini tələb edir”.
Şayəstə Hüseynova




