ABŞ və İran arasında Vyanada hərtərəfli nüvə sazişi üzrə danışıqlarda müəyyən irəliləyişlər əldə olunmuşdu. Hətta, İran SEPAH-la bağlı iddialarindan geri çəkildiyini qeyd etmişdi. Danışıqlarda cüzi razılıq əldə olunmasına baxmayaraq, İran dəstəkli qruplar Küveytdə ABŞ hərbi bazasına PUA-larla hücum dib. SEPAHA bağlı silahlı qrup Q. Süleymaninin qisasını aldıqlarını elan edib. Buna cavab olaraq ABŞ prezidentinin əmri ilə Suriyada SEPAH bazası raketlə vurulub”.
Elchi.az–ın məlumatına görə, bu barədə politoloq Məhəmməd Əsədullazadə Feysbuk hesabında bildirib:
“Qeyd edim ki, İranda silahlı mühafizəkar kəsim, xüsusilə SEPAH nüvə sazişinə qarşıdır. Məhz SEPAH Küveytdə ABŞ hərbi bazasına hücum etməklə nüvə sazişində danışıqları pozmaqdı. ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqlar müsbət nəticələnməsi mümkün görünmür. Tərəflər Suriyada və Körfəzdə proski müharibə aparacaq.
Azərbaycana da qarşı desturiktiv mövqe sərgiləyən, regionda sülhə qarşı olan SEPAH idi və onlar da İranda hakimiyyətdə təmsil olunur. Məhz ABŞ haqlı olaraq SEPAH-ı terror təşkilatı elan edib”.
Şayəstə




