Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə görüşür.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, Varşavada baş tutan görüşdə Co Bayden Ukrayna müdafiə naziri Oleksiy Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyanın hərbi müdaxiləsini və hərbi yardım məsələlərini müzakirə edir.
Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də iştirak edir.
***
14:02
Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada amerikalı həmkarları ilə görüşüblər.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.
“Mən müdafiə naziri Oleksiy Reznikovla birlikdə Varşavada amerikalı həmkarlarımız – dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşürük.
Bu xüsusi “2+2″ formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sahəsində praktiki qərarlar almağa imkan verir”, Kuleba bildirib.






