"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-ın Azərbaycanı Rusiyadan gizli qorumaq planı

22 İyul 2014 - 14:10
in MANŞET

Konqresə təqdim olunan layihənin daha bir hədəfiimg1605930

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Plan hazırkı mərhələdə Kremlin Qarabağda yeni savaş açmasını əngəlləməyə yönəlib; etibarlı təhlükəsizliyimiz, münaqişənin ədalətli çözümü Moskvaya yox, demokratiya müstəvisinə bağlıdırsa, rəsmi Bakı bu plana ən azından mane olmamalıdır…

Güney Qafqazın yekun taleyini, şübhəsiz, Azərbaycan müəyyən edəcək. Çünki bütün parametrlərə görə bölgənin sanbal etibarilə ən ağır, açar ölkəsi məhz odur. İndilikdə Qərbə, ümumbəşəri dəyərlə münasibətdə bir ölkə lehinə (Gürcüstan), biri əleyhinə (Ermənistan), üçüncüsü isə bitərəf (Azərbaycan) qaldığı üçün region qeyri-müəyyən taleyini yaşamaqda davam edir.
Təbii ki, son söz Azərbaycanla deyiləcək. İki güc mərkəzinin regionda toqquşan maraqları arasında manevr eləməklə balans yaratmağa çalışan rəsmi Bakının strateji seçimi isə hələ ki, ləngiyir. Lakin əksər təhlilçilərə görə, belə “aralıq” durumu uzun sürə bilməz, nədən ki, Qərb postsovet məkanında Rusiyanın zorla öz dominantlığını bərpa etmək səylərinə, Ukraynada, bütövlükdə keçmiş Sovetlər Birliyi coğrafiyasında “qırmızı xətti” keçməsinə daha seyrçi qalmaq fikrində deyil.
ABŞ Konqresinə təqdim edilən və artıq ikinci oxunuşdan keçən, Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsi məhz buna yönəlib. Bəlli olduğu kimi, sənəd Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur. Layihəyə əsasən, Azərbaycan, Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo isə təhlükəsizliyin təmin olunması və ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala biləcəklər. Diqqətçəkicidir ki, siyahıda Ermənistanın adı yoxdur.
Müşahidəçilərə görə, qanun qəbul edilərsə, Avropa İttifaqı ilə təzəlikcə assosiativ saziş imzalayan üç postsovet respublikası – qonşu Gürcüstan, Moldova və Ukrayna müstəqillikləri dönəmində ilk dəfə olaraq Birləşmiş Ştatların hərbi müttəfiqi statusunu alacaq və bununla da özlərinin təhlükəsizliyinə təminat əldə etmiş olacaqlar. Həmçinin ABŞ-ın bu ölkələrdə, deməli, həm də regionda hərbi iştirakı güclənəcək; Amerika təkbaşına bu ölkələrə hərbi yardım, eyni zamanda hərbi kontingent göndərmə fürsəti bulmuş olacaq.
Layihə eyni zamanda Azərbaycan kimi tərəddüd edən postsovet ölkəsini böyük ehtimalla, daha qorxusuz seçim etməyə hazırlamaq, onu ürəkləndirmək məqsədi güdür. Həmçinin, dünyada sürətlə terrorçu dövlət imici qazanan Rusiyaya ciddi xəbərdarlıq mesajıdır. Artıq əminliklə söyləmək olar ki, Ukrayna böhranı yoluna qoyulandan sonra Amerika və Avropa əsas diqqəti Cənubi Qafqaza yönəldəcək.
Bu, orta perspektiv üçün bir strateji plan kimi ortaya çıxmaqdadır. Konturları özünü getdikcə daha qabarıq büruzə verən bu plan mütləq işə salınacaq. Hələliksə Qərb belə görünür, Ukraynadan sonra bölgənin ən mühüm ölkəsi kimi Azərbaycanı öz strateji seçimini edənədək Kremldən maksimum qorumağa səy edir. Bu da ilk növbədə Rusiyanın Qarabağda yeni savaşı qızışdırmaq planlarını pozmağı ehtiva edir.
ABŞ Konqresinə təqdim edilən və bölgə ölkələrinə Amerika ilə hərbi əməkdaşlıq imkanı yaradan layihə bu xüsusda həm də Rusiyanın yeni müharibə həvəsini öldürməyə hesablanıb. Demək, Qərbin belə bir preventiv planına Bakının müqaviməti milli maraqlarımıza uyğun olmazdı. Daha bir mühüm səbəbdən: zaman-zaman sübut olunub ki, Azərbaycanın təhlükəsizliyinə etibarlı qarant qardaş Türkiyənin də təmsil olunduğu Qərb (NATO) təhlükəsizlik sistemidir. Rusiya isə iki on illikdə heç olmasa, Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə töhfə vermək istəmədi – buna əlində bənzərsiz imkanları və rıçaqları ola-ola…
***
Region ətrafında, dünyada gedən proseslər belə bir qənaət formalaşdırır ki, artıq Azərbaycan üçün böyük bir dönəm yekunlaşmaqdadır. Bu dönəmdə o, istiqlaliyyətini qoruya bilsə də, əfsuslar olsun ki, Qarabağ münaqişəsinin həllinə nail ola bilmədi. Ona görə ki, daha çox Rusiya amilini nəzərə aldı, Qərbin təhlükəsizlik sisteminə qoşulmağa ürək eləmədi.
Belə bir ənənəvi “neytrallıq” müstəvisi Azərbaycana bundan artıq divident gətirə bilməz. Zaman onu da göstərdi ki, heç gətirməyəcək. Elə isə qiymətli vaxtı itirməkdənsə, bəlkə doğrudan da müstəvini dəyişmək vaxtıdır? Üstəlik, bunu dünyadakı proseslərin imperativi, o sırada Rusiyanın yanında olmağın vəd etdiyi qorxulu perspektiv diktə edirsə.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Erməni mer Qarabağda minaya düşdü – 1 ölü, 1 yaralı

Next Post

Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı

Putin Rusiyanı rəsmən həmişəlik qış vaxtına keçirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.