Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi bu gün işləməyəcək.
AzVision.az səfirliyə istinadən xəbər verir ki, Bakıda havanın kəskin pisləşməsi ilə əlaqədar bugünkü açılış təxirə salınıb: “Sərt hava şəraitini nəzərə alaraq, ABŞ səfirliyinin açılışı bu gün təxirə salınıb. Nəticədə, bu günkü bütün viza görüşləri ləğv edilib yenidən təyin olunacaq”.




