“ABŞ Minsk qrupundan əl çəkmək istəmir”.
Elchi.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Feysbuk hesabında qeyd edib:
“Bəllidir ki, Vaşinqton artıq tarix olan bu format üzərindən regionda qalmağa davam edəcəyini düşünür, hərçənd, bu gediş onu bölgədən daha da uzaqlaşdırır. Çünki Azərbaycan-Ermənistan münasibətlərində yer almağın yeganə yolu Bakının gündəliyini qəbul etmək, bundan çıxış etməkdir.
Bu şərtləri Azərbaycan Ordusu 44 gündə formalaşdırıb və hərbi güclə yaradılan reallığı diplomatiya ilə dəyişmək çətindir”.
Şayəstə





