Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, politoloq Konstantin Bloxin bildirib ki, ABŞ Çin və Tayvan arasında gərginlikdə maraqlıdır. Elchi.az Lenta.ru – ya istinadən xəbər verir ki, politoloqun sözlərinə görə Pekin hələ hərbi kampaniyaya başlamağa hazır deyil.
“Çin heç bir hərbi əməliyyata başlamayacaq, çünki vaxt Çinin tərəfindədir. Əgər Çin beş və ya on ildən sonra bu müharibəyə başlasa, Tayvanı indikindən daha tez ələ keçirmək üçün daha yaxşı fürsəti olacaq. Çinin hərbi və iqtisadi imkanları ildən-ilə artır”, – mütəxəssis bildirib.
Aydındır ki, Çinin maraq və məqsədləri ABŞ və onun müttəfiqi Tayvanın maraqlarına köklü şəkildə ziddir. ABŞ-ın vəzifəsi bu Çin təcavüzü əsasında Asiya-Sakit okean regionunda bütün müttəfiqlərini konsolidasiya etmək üçün Çin və Tayvan arasında müharibəyə təhrik etməkdir.
Havar Şəfiyeva






