ABŞ-ın daha bir ştatı ölüm hökmlərinin icrasında gülləbaran dəstələrinin istifadəsini təsdiqləyib. Qanuna əsasən, Aydaho ştatı indi ölümcül iynə əvəzinə bir məhbusu güllələyərək öldürən atəş dəstələrindən istifadə edə bilər.
Elchi.az xəbər verir ki, ABŞ-da odlu silah tətbiqindən keçən ştatlara yenisi əlavə edilib.
Aydaho ştatının qanunverici orqanı ölüm hökmlərinin icrasında odlu silahlardan istifadə etməyə icazə verən qanun qəbul edib.
Ölümcül inyeksiya ABŞ-da ölüm hökmünün icrasında istifadə edilən üsullardan biridir.
Son zamanlar bəzi əczaçılıq şirkətləri öz dərmanlarının ölüm hökmlərində istifadəsinə etiraz ediblər.
Bundan sonra bir çox ştatlar məhbusu güllələyərək öldürən atəş dəstələrini təsdiqləməyə başladılar.
Şayəstə




