Avropa Birliyi mətbuatı embarqoları pozan və Rusiya neftini dünya bazarlarına çatdıran Yunan gəmiçilik şirkətlərinin panikaya düşərək bu ticarəti dayandırdığını iddia edib.
Elchi.az xəbər verir ki, Yunan şirkətlərini qorxudan ABŞ-ın müvafiq şirkətləri “qara siyahı”ya salacağını bildirməsi olub.
Aİ-yə yaxınlığı ilə tanınan Euractiv xəbər saytı diqqəti çəkən iddia ilə çıxış edib. Buna görə, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Qərbin embarqo etdiyi Rusiya neftinin böyük hissəsini qlobal bazarlara daşıyan Yunanıstan mərkəzli gəmiçilik şirkətləri, bu dəfə Moskva ilə bütün ticarət fəaliyyətlərini dayandırıblar. ABŞ-ın embarqo tətbiq etdiyi şirkətlər siyahısına daxil edilib. Yunan gəmiçilik şirkətləri son iki ildə ABŞ və AB-nin Rusiya neftinə tətbiq etdiyi embarqo qərarlarını tanımadan Moskvanın enerji qaynaqlarını qlobal bazarlara, xüsusilə də Yaxın Şərq, Afrika, Cənubi Amerika və Asiya ölkələrinə nəql edir. Avropa Birliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilən Yunanıstan hökumətləri bu mövzuda heç bir tədbir görmədilər.
Şayəstə Hüseynova






