ABŞ-ın Maliyyə Nazirliyi “Maqnitski siyahısı”nı genişləndirib. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə,
siyahıya “Maqnitski işi” ilə bağlı Birləşmiş Ştatların insan haqların pozuntusunda günahkar bildiyi daha 4 Rusiya vətəndaşının adı əlavə edilib. Onların arasında Çeçenistanın daxili işlər nazirinin 1-ci müavini Apti Alaudinov və Çeçen Respublikası hökuməti və başçısının administrasiya rəhbəri Maqomed Daudov da var.
siyahıya “Maqnitski işi” ilə bağlı Birləşmiş Ştatların insan haqların pozuntusunda günahkar bildiyi daha 4 Rusiya vətəndaşının adı əlavə edilib. Onların arasında Çeçenistanın daxili işlər nazirinin 1-ci müavini Apti Alaudinov və Çeçen Respublikası hökuməti və başçısının administrasiya rəhbəri Maqomed Daudov da var.Xatırladaq ki, vergidən yayınmada ittiham olunan vəkil Sergey Maqnitski 2009-ci ildə təcridxanada dünyasını dəyişib. Siyahıya daxil edilənlərin əksəriyyəti ya təhqiqat işinə birbaşa aidiyyəti olanlardır, ya da ölümdən sonra onun üzərində məhkəmə quranlar. Bundan başqa, siyahıda Maqnitskinin saxlandığı təcridxananın həkimləri də var.
ABŞ-ın 2012-ci ildə qəbul elədiyi qanun Maqnitsikinin ölümünə birbaşa və ya dolayısıyla bais olanlara, yaxud vəkilin faş elədiyi korrupsiya əməllərində əli olanlara qarşı iqtisadi sanksiyalar nəzərdə tutur və onların ABŞ-a girişini qadağan edir. (Musavat.com)



