İraq və Suriyada Amerika hərbçilərinin olduğu üç hərbi baza pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
İraqın Ənbar əyalətindəki Ayn əl-Əsəd bazasına ən azı iki dəfə hücum edilib, ABŞ və Qərb koalisiyasının hərbi obyektinə növbəti hücum Suriyanın sərhədindəki Tanf şəhərində qeydə alınıb. Bundan əlavə, İraq İslam Müqavimətinin silahlı şiə birləşmələri İraq Kürdüstanında yerləşən bazanı atəşə tutub.
Hücumların arxasında kimin ola biləcəyi, eləcə də hücumların nəticələri barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Adana şəhərində polis ABŞ-ın İncirlik hərbi bazasına soxulmağa cəhd edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Havar Şəfiyeva






