ABŞ-ın İsrailə hərbi dəstəyi, xüsusən də bütün Qərbdə qıt olan sursat tədarükü Ukraynanı zəiflədə bilər. Elchi.az xəbər verir ki, hərbi ekspert, Hərbi Elmlər Akademiyasının baş elmi işçisi Vladimir Proxvatilov bu barədə Lenta.ru ilə söhbətində bildirib.
ABŞ-ın İsrailə sursat tədarükü, şübhəsiz ki, Ukrayna Silahlı Qüvvələrini zəiflədəcək”, – Proxvatilov deyib.
İsrailin özünün müasir texnikasına malik olmasına və Ukrayna kimi həcmdə dəstəyə ehtiyac olmamasına baxmayaraq, ölkənin hələ də sursata ehtiyacı var, qalan hər şey, hərbi ekspertin fikrincə, ikinci dərəcəlidir. O, həmçinin əlavə edib ki, ABŞ İsrailə raketdən müdafiə sistemləri verib və bu sistemlər indi Ukraynaya getməyəcək.
Bundan əvvəl məlum olub ki, ABŞ Ukrayna üçün nəzərdə tutulan mərmiləri İsrailə ötürməyi planlaşdırır. Eyni zamanda, bir sıra ABŞ rəsmiləri sursatların yönləndirilməsinin Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə dərhal təsir etməyəcəyini irəli sürüblər.
Havar Şəfiyeva






