Münaqişə zonası genişlənərsə və xüsusən də İran da iştirak edərsə, ABŞ İsraildəki müharibəyə qarışmalı olacaq. Elchi.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, politoloq Konstantin Bloxin Lenta.ru-ya Vaşinqtonun hərbi əməliyyatlarda iştirakının şərtləri barədə danışıb.
“Konflikt zonası genişlənərsə, ABŞ-ın İsrail üçün təhlükə hesab etdiyi İran ora girərsə, o zaman ABŞ hərbi əməliyyatlara cəlb edilməli olacaq”.
Eyni zamanda, o, əmin olduğunu bildirib ki, indi ABŞ-ın münaqişədə iştirak etməsi üçün heç bir səbəb yoxdur, çünki Bloxinin sözlərinə görə, İsrail HƏMAS-la təkbaşına və ən qısa zamanda məşğul olmaq iqtidarındadır.
Havar Şəfiyeva






