"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-ın keçmiş admiralı: “Azərbaycan əsas müttəfiqimizdir”

13 Mart 2018 - 17:52
in SİYASƏT MANŞET

“Azərbaycanın müstəqilliyi və suverenliyi Rusiya-İran münasibətlərinin genişləndiyi zamanda ABŞ üçün əvəzsizdir”.

“Report” xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Donanmasının keçmiş admiralı, Sakit Okean Donanmasının sabiq komandanı Ceyms Lionsun ABŞ-ın “Washington Times” nəşrində dərc edilən “Azərbaycan – əsas müttəfiq” adlı məqaləsində deyilir.

“Çox az sayda postsovet ölkəsi ABŞ üçün Cənubi Qafqazda uzunmüddətli strateji maraqlar baxımından Azərbaycan qədər əhəmiyyət kəsb edir. Azərbaycan əsas güclərə münasibətdə xarici siyasətində mükəmməl balans saxlamaqla nə NATO-ya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa can atır. Bundan başqa, müstəqil Azərbaycan Rusiya Prezidenti Vladimir Putinin keçmiş Sovetlər İttifaqının nəzarəti altında olan əraziləri yenidən Moskvanın nəzarəti altına salmaq məqsədinə maneədir”, – müəllif qeyd edib.

C.Lions vurğulayıb ki, Qərbin güclü dəstəyi və bilavasitə iştirakı ilə Azərbaycanın strateji Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin tikintisində Gürcüstan və Türkiyə ilə əməkdaşlığı rəsmi Moskvanın Avropanı enerji təchizatı ilə şantaj etməsinin qarşısının alınmasında həlledici əhəmiyyətə malikdir: “Qafqaz, o cümlədən Azərbaycan neft və qaz kimi resursların tranzit dəhlizi, eləcə də bütün regionlar arasında əhəmiyyətli nəqliyyat marşrutların kəsişməsi kimi böyük geostrateji əhəmiyyətə malikdir”.

Müəllif qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlər inkişaf edir, amma bu tərəfdaşlığı pozmaq cəhdləri var”.

O həmçinin Ermənistanın böyük və nüfuzlu lobbisini regionda faktor kimi göstərir: “Ermənistanın de-fakto Rusiyanın nəzarətindən çıxmağa imkanı yoxdur”.

Admiral eyni zamanda ermənilərin SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağla bağlı ərazi iddiası irəli sürdüklərini, bu ərazidə, o cümlədən Xocalıda azərbaycanlılara qarşı etnik təmizləmə apardığını xatırladır: “Bu, soyqırım aktı idi. Ancaq ABŞ və Avropada ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərən erməni lobbisinin fəaliyyəti səbəbindən Sumqayıt və Xocalı hadisələrinin tarixini dəqiq aşkar etmək çətindir. ABŞ ilə münasibətlərin (Azərbaycanın – red.) daha da pisləşməsinin qarşısını almaq üçün bu kampaniya ifşa olunmalıdır”.

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yazıçı Anar “Prezidentin fəxri diplomu” ilə təltif edildi

Next Post

Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib – 40 nəfər tutulub

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post
Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib – 40 nəfər tutulub

Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib – 40 nəfər tutulub

Ramin Quluzadə onu özünə müşavir TƏYİN ETDİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.