“NATO ölkələri Rusiya ilə barışıq əldə etmək üçün Ukraynaya konkret təhlükəsizlik təminatları verməlidir”. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder “Politico”da dərc olunan köşə yazısında qeyd edib.
“Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində ölkələr çox güman ki, 15 illik öhdəliklərini təkrarlayacaq. Kiyev alyansa qoşulmaq üçün kifayət qədər irəliləyiş əldə edib. Ancaq çətin ki, tərəflər Kiyevə imkan versinlər”- deyə o, qeyd edib.
O, 1951-ci il tarixli ABŞ-Yaponiya təhlükəsizlik müqaviləsini, yarımadada davamlı sülhün olmamasına baxmayaraq, ABŞ-ın Cənubi Koreyaya verdiyi zəmanətlər üçün oxşar presedent hesab edir.
“Amma burada fərq ondadır ki, bu münaqişələrdə döyüşlər başa çatıb və potensial ərazi dəyişiklikləri, hərbi deyil, diplomatik yolla əldə olunacaq”, – diplomat əlavə edib. Bununla bağlı Daalder etiraf edib ki, bu cür zəmanətlər Kiyevi Moskva ilə danışıqlar masasına oturmağa sövq edəcək.
Havar Şəfiyeva





