ABŞ-ın Las-Veqas şəhərində universitetdə atışma baş verib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Nevada Universitetinin Las-Veqas şəhərciyinə silahlı hücum nəticəsində 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı açıqlanıb.
Hücum edənin də öldüyü bildirilib.
ABŞ-ın Nevada Universitetinin Las-Veqas şəhərciyinə silahlı hücumun nəticələri bəlli olub.
Las Veqas Böyükşəhər Polis İdarəsinin X sosial media platformasında verdiyi açıqlamada 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı bildirilib. “Hadisə yerində olan müstəntiqlərimizdən əldə etdiyimiz məlumata görə, yerli xəstəxanada dünyasını dəyişən 3, vəziyyəti ağır olan 1 yaralı var”, – deyə hücum edənin də hadisə zamanı dünyasını dəyişdiyi bildirilib. Ölümü açıqlanmayan hücumçunun kimliyi və hücumu törətməkdə məqsədi barədə məlumat paylaşılmayıb.
Nuranə Məmmədova






