ABŞ müdafiə naziri Çak Heygel Gürcüstana rəsmi səfər edib. ANS PRESS-in məlumatına görə, Heygel
Tiflisdə gürcü həmkarı İrakli Alasaniya ilə görüşüb. Heygel bildirib ki, ABŞ bu günə qədər Gürcüstanla hərbi əməkdaşlıq edib və bundan sonra da əməkdaşlığa davam edəcək. “Həmkarımla birlikdə ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlıq məsələlərini, gələcək planları müzakirə etdik. Bizim əməkdaşlığımız çox vacibdir və bunu inkişaf etdirməliyik”, deyə pentaqon rəhbəri bildirib. Gürcüstanın NATO-ya üzv olması istiqamətində atdığı addımları dəstəklədiyini deyən Heygel bildirib ki, bu, Alyansa üzv ölkələrlə hərbi əlaqələri də möhkəmləndirəcək. Qeyd edək ki, bu, Çak Heygelin ABŞ müdafiə naziri kimi Gürcüstana birinci səfəridir.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...



