ABŞ-ın Qüdsdəki səfirliyi əməkdaşlarına və onların ailələrinə İsrailin böyük şəhərlərindən kənara çıxmağı qadağan edib.
Elchi.az xəbər verir ki, ABŞ İsraildəki mövcud siyasi vəziyyətə qarşı işçilərini qorumaq üçün tədbirlər görməyə başlayıb.
Səfirliyin yazılı bəyanatında deyilir: “Böyük ehtiyatla ABŞ hökuməti (səfirlik) əməkdaşlarına və onların ailə üzvlərinə növbəti xəbərdarlıq edilənə qədər Təl-Əviv, Qüds və Beer-Şeba şəhərlərindən kənara çıxması qadağan edilib”,- deyə bəyanat daxil edilib.
Açıqlamada ABŞ səfirliyinin əməkdaşlarının şəxsi səyahətləri üçün bu üç şəhər arasında hərəkət etməsinə icazə verildiyi bildirilib: “Son təhlükəsizlik insidentlərinə cavab olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən ABŞ səfirliyi ABŞ dövlət işçilərinə məhdudiyyət və ya qadağa qoya bilər” – ifadəsi işlədilib.
İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücumda 2-si general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun 7 üzvü və 6 Suriya vətəndaşı həyatını itirib.
Nuranə Məmmədova






