"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-ın separatçılara yardımı və sərt etirazlar

16 Fevral 2015 - 10:05
in SİYASƏT

Elxan Mehdiyev: “Təcavüzkara yardım məsələsi danışıqların əsas mövzularından birinə çevrilsə, img1533840günün birində Bakının etirazları, təbii ki, nəzərə alınacaq…”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə və Azərbaycanın 20 faiz ərazisini on illərdir işğal altında saxlayan Ermənistana maliyyə yardımı göstərməsi yenidən ciddi şəkildə müzakirə mövzusudur. Postsovet məkanındakı digər münaqişələrlə bağlı fərqli mövqe sərgiləyən, Gürcüstan, Moldova, Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən və separatçı rejimlərə qarşı nəinki maliyyə yardımı göstərməyən, hətta onlarla bağlı sərt sanksiya qərarları verən Vaşinqtonun Qarabağ ermənilərinə və işğalçı Ermənistana tam fərqli münasibət bəsləməsi haqlı olaraq qəbuledilməz sayılır.

Artıq ABŞ-ın Minsk Qrupunun həmsədr ölkələrindən biri olmasına qarşı da etirazlar eşidilir. “Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur. Biz ABŞ-ı Minsk Qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik”. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisində “Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, ABŞ qondarma “Dağlıq Qarabağ respublikası”na Azərbaycandan üç dəfə çox yardım edib: “Bu yaxınlarda ABŞ-da irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu, bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar hökm sürür”.
Politoloq Elman Nəsirov çıxışında deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır. O bildirib ki, Azərbaycan 11 sentyabrdan sonra Əfqanıstanla bağlı məsələlərdə ABŞ-ın yanında oldu və digər məsələlərdə onu dəstəklədi: “Lakin bu, birtərəfli olmamalıdır. Qarşı tərəfdən də gözləntilər var. Niyə görə ABŞ-dan baş verən hadisələrlə bağlı ölkəmiz haqqında layiqli cavab gəlmir? Xüsusilə də Qarabağ məsələsində bizə dəstək göstərmirlər. ABŞ yeganə dövlətdir ki, qondarma ”Dağlıq Qarabağ respublikası”na maliyyə dəstəyi göstərir. Ermənistan mətbuatı yazır ki, ABŞ qondarma “Dağlıq Qarabağ respublikası”na 2 milyard maliyyə vəsaiti ayırıb.
Qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Düşünürəm ki, bir gün qondarma “Luqansk respublikası” da ABŞ-a müraciət edəcək ki, bizim də orada nümayəndəliyimiz açılsın. Azərbaycan ABŞ-ı strateji tərəfdaş kimi tanıyır, lakin onun 5 ştatı qondarma qurumu tanıyır. Bu, ABŞ-ın imicinə də zərərdir. Düşünürəm ki, Birləşmiş Ştatların Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, baş verəcək hadisələrə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Ən əsası isə “907-ci düzəliş” ləğv olunmayıb. İşğala məruz qalan da biz, günahkar da biz? Çox istərdim ki, ABŞ-ın bu siyasəti məqsədyönlü və planlı olmasın”.
Deputat Çingiz Qənizadə “niyə Qərb və ABŞ Azərbaycana münasibətdə ikili standart, ikili mövqe irəli sürür” deyə sual edib: “Bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyim məqam odur ki, bizim bu təmsilçilərimiz hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar? Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib. Azərbaycan milli maraqlardan bir addım kənara çəkilməyən siyasət yürütdüyü üçün bəzi dövlətlər ölkəmizə təzyiqi bu ikili standartlarda görürlər”.
DİP sədri Asim Mollazadə isə bildirib ki, erməni diasporunun fəaliyyəti nəticəsində ABŞ öz təhlükəsizliyinə də zərər vurur: “ABŞ-da Azərbaycana qarşı yönəlmiş siyasətin arxasında erməni lobbisinin fəaliyyəti dayanır. Baxın görün, digər dövlətlərə qarşı, hətta Ermənistanın kriminal rejiminə qarşı bu münasibət var, ya yoxdur?”
AVP sədri Fəzail Ağamalı qeyd edib ki, ABŞ-da Azərbaycanla bağlı mənfi fikirlərin tam mənada subyektiv və qeyri-obyektiv, qərəzli olduğu qənaətindədir: “Biz ABŞ-a çağırış edirik ki, Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsin və burada erməni maraqlarını kənara qoysun”.
Deputat Azay Quliyev deyib ki, Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb, halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə Ermənistandır: “Bizim narazı qaldığımız məqamlardan biri odur ki, ABŞ birbaşa separatçılara maliyyə yardım edir. Hətta bizim rəsmi və qeyri-rəsmi şəkildə buna etirazımız olub, ancaq bundan imtina ediblər. Digər bir məsələ isə odur ki, ABŞ BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə zamanı neytral mövqe sərgiləyib. Bu, Minsk Qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və biz istənilən şəkildə bunu açıq şəkildə müzakirə etməliyik”.
Deputat Zahid Oruc bildirib ki, son dövrlərdə ABŞ-ın siyasi gündəmində Azərbaycanın belə mühüm yer alması təkcə Cənubi Qafqaz siyasətinin önə çıxması ilə bağlı deyil, daha çox Azərbaycanın iki mühüm ölkəyə münasibəti ilə bağlıdır: “Biri Rusiyadır, ikincisi isə İrandır. Azərbaycanı antirusiya blokuna qoşmağa çalışırlar ki, bu alınmır. Eyni zamanda Azərbaycanın İrana qarşı mövqeyində sərtləşməsini istəyirlər ki, bu da baş tutmur. Amma Azərbaycan antiamerika blokunda da yer almayıb. Nəyə görə biz bu məsələlərdə beynəlxalq dairələrin mövqeyini eynilə götürüb özümüzə tətbiq etməliyik? Hesab edirəm ki, Azərbaycandan çıxmış Amerika fondları heç də demokratiyaya investisiya yatıran qüvvələr deyildilər”.
VHP sədri Sabir Rüstəmxanlı deyib ki, ABŞ-ın bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqeyi sərgiləməsi bizi narahat edir: “Onlar həmişə bəyan edirlər ki, bizim əsas hədəfimiz terrora qarşı mübarizədir. Amma onlar terrorçu Ermənistanı müdafiə edirlər. Azərbaycan modern İslam ölkəsidir və bu dövlətə qarşı mübarizənin hər zaman şahidi olmuşuq. Beləliklə, İslam aləminə hücum illərdir davam edib. Mən ABŞ nümayəndələri ilə görüşümdə demişəm ki, Birləşmiş Ştatların son illərdə apardığı siyasət onu ölkəmizdə gözdən salır”.
Tədbirdə çıxış edən digər natiqlər də ABŞ-ı Azərbaycana münasibətdə ikili standartları aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe nümayiş etdirməyə, qondarma “Dağlıq Qarabağ respublikası”na yardımları dayandırmağa çağırıblar.
***
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin yaydığı məlumatda bildirilir ki, komitə 2015-ci il üçün nəzərdə tutulan büdcəsinə dair dəyərləndirmə keçirib, dövlət və xarici əməliyyatlar təxsisatları qanununu təsdiq edib. Bildirilib ki, 2015-ci il üçün nəzərdə tutulan xarici yardım 48,3 milyard dollar təşkil edəcək ki, bu da 2014-cü ildəkindən 708 milyon dollar və ABŞ Prezidentinin 2015-ci il üçün tələb etdiyi məbləğdən 277 milyon dollar azdır. Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin qanun layihəsinin mətnində əvvəlki illərdə qeyd olunmuş “Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım” ifadəsi 2015-ci il üçün nəzərdə tutulan qanun layihəsindən çıxarılıb. Erməni lobbisi hər il ABŞ Konqresinin Təxsisatlar Komitəsinə Dağlıq Qarabağ regionuna 5 milyon dollar məbləğində yardımın ayrılmasını təklif edir. Lakin Azərbaycan tərəfinin səyləri nəticəsində erməni lobbisinin və ermənipərəst konqresmenlərin təklif etdiyi məbləğ qəbul edilməyib. Həmçinin 2014-cü ilə qədər istifadə olunmuş ifadə də aradan qaldırılıb.
Yuxarıdakı arqumentlərin hər birisinə diqqət yetirəndə ortaya sual çıxır: ABŞ üçün Qarabağdakı erməni separatçıları və işğalçı Ermənistan nədən bu qədər vazkeçilməzdir ki, dünyanın ədalət carçısı statusunda çıxış edən superdövlət strateji müttəfiqi, böyük iqtisadi, siyasi, nəqliyyat maraqları olan Azərbaycanı incitmək bahasına olsa belə, erməniləri maliyyələşdirməkdə davam edir? 
Ötən il ABŞ-da uzunmüddətli səfərdə olan və bu ölkəni daha da yaxından tanımaq, təhlil etmək imkanları qazanan siyasi analitik Elxan Mehdiyev ABŞ-ın ermənilərə simsarlığının ilkin səbəblərini aşağıdakı kimi qiymətləndirdi: “Azərbaycan müstəqilliyini 1991-ci ildə qazanıb. O vaxta kimi isə ermənilər Amerikada daha çox gücə malik idilər. Çünki indi Azərbaycan tərəfi öz tərəfdaşları ilə birgə müqavimət göstərib və erməni lobbisinin Amerika dövlətindəki gücünü azaldıb. Amerika hökuməti də artıq regiondakı vəziyyətdən 50 faiz məlumatlıdır. Amma 1992-ci ildə ”907-ci düzəliş” qəbul ediləndə ABŞ hökuməti və ictimaiyyəti Amerikadakı ermənilərdən aldığı məlumatlar əsasında xəbər tuturdular. Ermənilər Amerika hökumətinə məlumat verirdi ki, guya Azərbaycan, etnik təmizləmə siyasəti aparır, Qarabağ ermənilərini qırır, Ermənistana hücum edir.
Belə bir mühit yaratdılar və Konqresdəki 100-ə yaxın erməni dostlarının hesabına düzəlişi qəbul etdirdilər. Həmin düzəlişdə Azərbaycan Dağlıq Qarabağa və Ermənistana qarşı hücumları dayandırmağa çağırılırdı. Ata Buş prezident olduğu dövrdə bu düzəlişi imzaladı və Dağlıq Qarabağa birbaşa yardımlar başladı”.
E.Mehdyev düzəlişin 2002-ci ilə kimi fəaliyyətdə olduğunu, ancaq ABŞ-dakı 11 sentyabr olaylarından sonra fəaliyyətinin dayandırıldığını xatırlatdı: “Amma ermənilərə yardım bundan sonra da davam etdi. Düzdür, ondan sonra Amerika hökumətinin qoyduğu yanaşma fərqli idi, lakin yenə də yardım ayrılırdı. Mən özüm Dövlət Departamentində bilavasitə bu işlə məşğul olan adamla, Teylor Komissiyasının 3 üzvündən biri ilə bu məsələ ətrafında müzakirə və mübahisə etmişəm. O, mənə Dağlıq Qarabağa ayrılan pulların hansı işLərə sərf edildiyini də göstərmişdi. Mən deyirdim bu pullar erməni ordusunun saxlanmasına sərf olunur. Lakin həmin şəxs iddia edirdi ki, bu maliyyə Qarabağda evlərdə açılan tikiş sexlərinə, arıçılığın inkişafına, su sexlərinin qurulmasına xərclənir. Ancaq təbii ki, bu da qəbulolunmazdır. Həmin kontekstdən yanaşanda Amerika nə osetin, nə abxaz, nə Ukraynadakı separatçılara bir qəpik pul vermir. Amma Qarabağ separatçılarının başçısı Amerikada Dağlıq Qarabağ separatçılarının liderləri marafon keçirir. O, amerikanların ianələri ilə gəlib Azərbaycanın bölünməsinə xidmət edən fəaliyyət göstərir, işğal ərazisinə yol çəkir, ”ordu”nu gücləndirir. Konkret halda həmin işlər Amerikanın pulu ilə görülür ki, bu da qəbuledilməzdir”.
E.Mehdiyev rəsmi Bakının Amerikaya təpkilərini artırmasını faydalı sayır: “Azərbaycan hökuməti Amerikanın Bakıdakı səfirliyindən, Dövlət Departamentindən tələb etməlidir ki, separatçılara viza verməsin. Onlar Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edən şəxslərdir. Vizada ”sən hərbi əməliyyatlarda iştirak etmisənmi sualı var” və ora cavab yazılmalıdır.
Bəs Aşot Qulyan, Bako Saakyan həmin bölümdə nə yazır? Təsəvvür edin ki, Ukrayna separatçılarına bu şərait yaradılır və onlar gedib Amerikada sərbəst fəaliyyət göstərir. Bu, mümkün deyil. Mən illər boyu xaricdə çıxan bütün yazılarımda qeyd etmişəm ki, Azərbaycan hökuməti heç nədən çəkinməməli, ABŞ-ın ermənilərə yardım göstərməsinə sərt etiraz bildirməlidir. Faktiki olaraq ABŞ separatçılara yardım edir. Əgər Bakı indi də buna etiraz edirsə, bunu alqışlamaq lazımdır . Ancaq gərək bu etiraz 10 il əvvəldən başlayaydı ki, indiyədək yardımlar dayandırılaydı. Əgər işğalçıya və separatçı rejimə yardım məsələsi qarşılıqlı danışıqların əsas mövzularından birinə çevriləcəksə, günün birində rəsmi Bakının etirazları təbii ki, nəzərə alınacaq. Çünki Amerika azad dünyadır və etirazları nəzərə alır”.
Elşad PAŞASOY
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan vətəndaşı İranın 3,2 milyard dollarını Hindistanda necə “əritdi”…

Next Post

Qüdsi Osmanovdan Abbas Abbasova müraciət – VİDEO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Qüdsi Osmanovdan Abbas Abbasova müraciət - VİDEO

“Cənub Qaz Dəhlizi” Avropaya yeni mənbədən böyük həcmdə qaz tədarükü təminatı verən yeganə layihədir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.