Nəşrin fikrincə, HƏMAS ilə münaqişə uzanarsa, İsrail sursat çatışmazlığı ilə üzləşə bilər.
Elchi.az xəbər verir ki, “The New York Times”ın Amerika nəşri Pentaqonun Qüdsün icazəsi ilə İsraildəki anbarlardan Ukraynaya sursat ötürdüyünü, bu səbəbdən də İsrail ordusunun Orta bölgədə uzun sürən münaqişə vəziyyətində silah çatışmazlığı ilə üzləşə biləcəyini yazıb.
“Rəsmilər, ABŞ-ın Ukrayna üçün İsrail ehtiyatlarından cəmi 155 mm çaplı mərmi götürdüyünü, hərbi analitiklərin fikrincə, İsrailin HƏMAS-la qarşıdurmada istifadə etməyəcəyini söylədi”, – məqalə müəllifləri aydınlıq gətirirlər.
Eyni zamanda, nəşrin fikrincə, döyüşlər uzanarsa, İsrail Müdafiə Qüvvələrinin hələ də belə mərmilərə ehtiyacı ola bilər, lakin anbarlarda artıq onların sayı kifayət qədər deyil.
Şayəstə Hüseynova




