ABŞ-ın Ukraynaya yeni 400 milyon dollarlıq hərbi yardım paketi 32 “Stryker” zirehli personal daşıyıcısının təhvil verilməsini nəzərdə tutur.
Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” mənbələrə istinadən məlumat yayıb .
Onun sözlərinə görə, Vaşinqton həmçinin Kiyevə haubitsa mərmiləri, Hydra-70 raketləri, “Hornet” kəşfiyyat aparatları, NASAMS qısa və orta mənzilli zenit-raket kompleksləri üçün döyüş sursatı, HIMARS reaktiv yaylım atəşi sistemləri və “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcək. Bundan əlavə, ABŞ Ukraynaya təxminən 28 milyon patron göndərəcək.
Nuranə Məmmədova





