ABŞ xüsusi xidmət orqanları bu kanal qarşısındakı acizliklərini etiraf edirlər
ABŞ Milli Kəşfiyyat İdarəsi Rusiyanın ABŞ-dakı seçkilərə və siyasi proseslərə təsir vasitələri ilə bağlı məruzə yayıb. Məruzənin böyük bir bölümü Rusiya xüsusi xidmət orqanlarının 2016-cı il prezident seçkilərinə müxtəlif vasitələrlə, o cümlədən, Demokrat partiyasına və seçki komissiyalarına həyata keçirilən kiberhücumlar, həmçinin sosial şəbəkələrdə, xüsusilə televiziyalar vasitəsilə müdaxilə ilə bağlı maraqlı təsbitlər yer alıb.
Sənəd ABŞ-ın özündə natamamalığına görə tənqid olunsa da burada Rusiyanın təbliğat vasitələri ilə bağlı maraqlı faktlar mövcuddur.
Sənədin bir hissəsi əlavə kimi Rusiyanın xaricdə fəaliyyət göstərən telekanalların fəaliyyətinə ayrılıb.
ABŞ kəşfiyyatının fikrincə, Rusiyanın xaricdə əsas təbliğat ruporu Russia Today America (RTA) telekanalıdır. Kanalın bütün verilişləri və proqramları ABŞ demokratiyasının və vətəndaş azadlıqları ilə bağlı yol verilən qüsurların gözə soxulmasından ibarətdir.
Kreml bu kanalın fəaliyyətini, habelə onun sosial şəbəkələrdə təsirinin artırılması üçün böyük vəsait ayırır. Britaniya mənbələrinə görə, RTA bu gün Böyük Britaniyada yayımlanan ən populyar xarici telekanala çevrilib.
Telekanalın ABŞ demokratiyasına kütləvi hücumu elə yarandığı dövrdən başlanılıb.
Russia Today-da yayımlanan “Breaking the Set” və “Truthseeker” verilişləri ABŞ və qərb hökumətlərini tənqid etMəklə, habelə həmin ölkələrdə radikal elementləri qızışdırmaqla məşğul olub.
Bu verilişlərdə ABŞ-ın seçki sisteminin və demokratiyasının ədalətli olmadığı, xalqın iradəsini əks etdirmədiyi barədə informasiyalar gedir.
Kanalın 2012-ci ildə hazırlanan “Occupy Wall Street “ adlı verilşi isə Amerikan sisteminin demokratik yolla dəyişdirilməsinin mümkün olmadığı və xalqı üsyana və inqilaba səsləyən fikirlər səsləndirilib. Verilişdə hökumətə qarşı zorakılıq fəaliyyət metodları geniş surətdə təbliğ olunub.
Russia Today-in baş redaktoru Marqarita Simonyan ABŞ-da demokratiyanın olmadığı və qalan dünyaya bununla bağlı dərs keçməsinə mənəvi haqqı olmadığını dəfələrlə dilə gətirib.
RT reportajlarında ABŞ-ı nəzarət altında olan dövlət kimi qələmə verərək burada polis zorakılığının, vətəndaşların azadlığının pozulmasının, hətta bundan ötrü pilotsuz təyyarələrdən istifadə edildiyi barədə informasiyalar yaymaqla məşğuldur.
Bundan başqa, telekanalda ABŞ-ın iqtisadi sistemi tənqid edilir, burada rüşvətin korrupsiyanın hökm sürdüyü və bunun ABŞ-ın süqutuna gətirib çıxaracağı barədə verilişlər yayımlanır.
Russia Today öz verilişlərində ekologiya və sağlamlıq haqqında reportajlara geniş yer verir və bununla bağlı ABŞ hökumətini sancmağı unutmur. Ekspertlərin rəyinə görə isə bu veriliş ABŞ hökumətinin xarici enerji mənbələrindən asılılığını azaltmaq üçün ölkədə yeni neft və qaz yataqlarının açmaq siyasətinə bir cavab olub, “Qazprom”un dünya bazarında rəqiblərini sıradan çıxarmaq üçün informasiya müharibəsindən başqa bir şey deyil.
Russia Today 2008-ci ildəki Gürcüstan müharibəsini də ABŞ tamaşaçılarına özünəməxsus tərzdə çatdırmışdı. Ruslar Gürcüstan hökumətinin Osetiyadakı hərbi əməliyyatını gürcülərin osetinlərə qarşı genosid siyasəti həyata keçirməsi kimi təqdim edirdilər.
Həmin vaxt Marqarita Simonyanın özünü etiraf etdiyi kimi, Rusiya Müdafiə Nazirliyi yalnız Gürcüstanla savaşırdısa, Russia Today bütün dünya ilə informasiya müharibəsi aparırdı.
Simonyan həmin vaxtlarda telekanalın mövqeyini belə izah edirdi: Xaricdə ölkəni təbliğ edən telekanalın yoxluğu Müdafiə Nazirliyinin olmaması kimi bir şeydir. Rusiya müharibə aparır və biz təbii ki, Rusiyanın tərəfindəyik.
Məruzədə Simonyanın Rusiyanın hökuməti ilə, xüsusilə prezident administrasiyasının rəhbərinin müavini Aleksey Qromovla sıx bağlı olduğu ifadə edilir. Məruzə müəllifləri məhz Qromov və Dmitri Peskovun sayəsində Marqarita Simonyanın bu vəzifəyə gətirildiyini qeyd edirlər. Bundan başqa, Qromov kanalda göstərilən bütün verilişləri faktiki redaktoru və plan tərtibatçısı sayılır.
Russia Today sosial şəbəkələrdə mühüm auditoriya təbəqəsi toplaya bilib. Kanalın Youtube-da 800 milyon tamaşaçısı var. Bu gündə milyondan çox izləyici deməkdir.
Təsadüfi deyil ki, Kreml hər il RT-nin proqramlarının yayımlanmasına 190 milyon dollar sərf edir. Bunun sayəsində RT bu gün “əl Cəzirə” ilə birlikdə xarici ingilis dilli kanallar içərisində ilk sıraları bölüşdürür.
Kanalın ən populyar olduğu məkan isə ABŞ və Böyük Britaniya hesab edilir.
“Nielsen” marketinq araşdırmalar mərkəzinin məlumatlarına əsasən RT ABŞ-da yayımlanan xarici telekanallar içərisində 40%-lik payla birinci yeri tutur.
Kanalın özünü bildirdiyinə görə, onlar dünyada 550 milyon, ABŞ-da isə 85 milyon insana müraciət etmək imkanları var.
Telekanal özünün Kremllə birbaşa bağlantısını inkar edir. Çünki belə olan halda o, ABŞ-da “Xarici agentlərin registrasiyası haqqında aktı”ın qüvvəsinə girmiş olacaq.
Şirkət ABŞ-da xarici agent kimi qeydə alınmadığı üçün bu statusundan ABŞ-ın özünə qarşı gen-bol istifadə edir.