ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Cekuta bu gün axşam saatlarında Bakıya gəlib.
“Mən Bakıya gəlməyimə, bu gün Bakıda olmağıma çox şadam. Tezliklә hәyat yoldaşım Ann xanım da Bakıya gәlәcәk. Biz Azәrbaycanda keçirәcәyimiz vaxtı sәbirsizliklә gözlәyirik” – bunu hava limanında jurnalistlәrә açıqlamasında Robert Sekuta deyib.
O, xüsusilә Azәrbaycan prezidenti İlham Әliyevә etimadnamәsini tәqdim etmәyi sәbirsizliklә gözlәdiyini deyib: “Prezident İlham Әliyev etimadnamәmi qәbul etdikdәn sonra ölkә boyu Azәrbaycan xalqı ilә görüşmәk istәyirәm. Xalqın fikirlәrini eşitmәk, iki ölkә arasında nәlәrin vacib olduğu haqda onların düşüncәlәrini bilmәk istәyirәm. Ölkәlәrimizi daha çox cәlb edәcәk fәaliyyәtlәr barәsindә dә onların fikrini öyrәnmәk istәyirәm. Әminәm ki, belә görüşlәr әsnasında ölkәlәrimiz arasında anlaşma vә qarşılıqlı hörmәti güclәndirib daha möhkәm әlaqәlәr qura bilәrik”.
Sekuta hava limanında jurnalistlәrin onu qarşıladığı üçün tәşәkkür edib vә prezidentә etimadnamәsini tәqdim etdikdәn sonra yenә danışmaq imkanı olacağını qeyd edib. Xatırladaq ki, yeni sәfir jurnalistlәrә açıqlamasını Azәrbaycan dilindә edib (APA).
Xatırladaq ki, R.Sekuta bu posta ötən il dekabrın 16-da təyin edilib.
R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və Biznes Məsələləri Bürosunda dövlət katibi köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.
Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.
Almaniyada iqtisadi müşavir-səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.
Daha əvvəl R.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.
R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.



