Pentaqonun Mərkəzi Komandanlığı ABŞ-ın Hörmüz boğazında hərbi qruplaşmanı iki amfibiya hücum gəmisi ilə gücləndirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
ABŞ beynəlxalq gəmiçiliyi İranın yaratdığı təhlükədən qorumaq üçün Hörmüz boğazında iki amfibiya hücum gəmisi yerləşdirəcək.
Pentaqon bu qərarı “İranın son zamanlar ticarətin azad axınını təhdid etmək cəhdlərinə cavab” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Hörmüz boğazında gəmilərin İranın ələ keçirilməsindən qorunmasına kömək etmək üçün Fars körfəzinə F-16 qırıcıları göndərdiyi bildirilirdi. Bu tədbir İranın boğazda iki neft tankerini qaçırmağa cəhd etməsindən bir həftə sonra qəbul edilib.
Havar Şəfiyeva





