ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun İrana müraciət edib. Elchi.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Braun İranı İsrailin Həmasla müharibəsinə qoşulmamağa çağırıb. O vurğulayıb ki, Vaşinqton Tehrana sərt mesaj vermək niyyətindədir.
Bundan əvvəl ABŞ İsrailə yeni hərbi yardım elan edib. Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, Vaşinqton ölkəyə lazımi vəsaiti mümkün qədər tez göndərəcək.
Havar Şəfiyeva






