ABŞ prezidenti Barak Obama ilə İraqın baş naziri Heydər İbadi arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, danışıq zamanı İraqın siyasi təhlükəsizliyi, ABŞ-ın bu ölkədə İŞİD-ə qarşı apardığı əməliyyatlar müzakirə olunub.
Obama ABŞ-ın İraqın ordu qüvvələrinə dəstəyini artıracağını və İŞİD-in məhv edilməsində qərarlı olduqlarını bildirib.
O, İraqda siyasi-iqtisadi islahatların aparılmasının vacibliyini də vurğulayıb.




