ABŞ ABŞ bazasına hücuma cavab olaraq İraqda İranın dəstəklədiyi şiə silahlı qruplaşmalarına zərbələr endirib. Elchi.az xəbər verir ki, bu barədə “Time” qəzeti yazır.
Nəşr Pentaqonun rəhbəri Lloyd Ostindən sitat gətirib: “Bu dəqiq zərbələr İranın himayə etdiyi milislərin İraq və Suriyada ABŞ və koalisiya heyətinə qarşı artan hücumlarına birbaşa cavabdır”.
Müdafiə Nazirliyinin rəhbəri Vaşinqtonun regionda vəziyyəti gərginləşdirməyə çalışmadığını da vurğulayıb. Zərbələrin üç hədəfi arasında Kataib Hebullah üsyançı hərəkatının qərargahının olduğu qeyd edilir. Bundan əlavə, təlim mərkəzi və raketlərin və pilotsuz təyyarələrin saxlandığı anbarlara hücum edilib.
Havar Şəfiyeva






