ABŞ Müdafiə Nazirliyi məxfi agentlərdən ibarət yeni ordu yaradıb.
Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumat ABŞ kütləvi informasiya vasitələrində bu gün – noyabrın 2-də yayılıb.
“The Washington Post” qəzetinin yazdığına görə, Pentaqon yaxın vaxtlarda xarici ölkələrə 500-dək kəşfiyyatçı göndərməyə hazırlaşır. Onlar müxtəlif adlar altında fəaliyyət göstərəcəklər. Yeri gəlmişkən, Vaşinqton bu planın icrasına hələ 2012-ci ilin sonlarından hazırlıq görür. O vaxt xaricə 1000-dək məxfi agentin göndərilməsi planlaşdırılmışdı.
ABŞ mətbuatı bildirir ki, amerikalı kəşfiyyatçıların yeni ordusu əsasən Yaxın Şərq regionunda yerləşdiriləcək. Onların əsas vəzifəsi “İslam Dövləti” (İŞİD) və “əl-Qaidə” terror təşkilatlarının fəaliyyəti barədə məxfi məlumatlar toplayaraq Pentaqona ötürməkdən ibarətdir.



