İsrailin ABŞ-dan hərbi yardıma ehtiyacı Ukraynadan qat-qat azdır. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki keçmiş səfiri Devid Fridman “Fox News” telekanalına müsahibəsində danışıb.
“İsrailə Dəmir Günbəz raketdən müdafiə sistemləri daxil olmaqla böyük həcmdə döyüş sursatı təchizatı lazımdır. Ancaq İsrailin bir neçə milyard dollara ehtiyacı var, lakin bu Ukraynaya göstərilən yardım ilə müqayisədə heç bir şey deyil”.
Bundan əvvəl İsrailin ABŞ-dan 10 milyard dollar dəyərində təcili yardım istəməsi məlum olub.
Havar Şəfiyeva






