Nyu-York qubernatoru Keti Hoçul ABŞ və Kanada arasındakı Göy qurşağı körpüsündə baş verən partlayışın terror aktı olduğuna dair heç bir işarənin olmadığını bildirib.
Elchi.az xəbər verir ki, ABŞ – Kanada sərhədində Niaqara çayı üzərindəki Göy qurşağı körpüsündə baş verən və 2 nəfərin ölümünə səbəb olan partlayışla bağlı təfərrüatlar aydınlaşmağa başlayıb.
Nyu York valisi Keti Hoçul keçirdiyi mətbuat konfransında terror hücumu ilə bağlı iddialara toxunaraq, “Hazırda terror aktı əlaməti yoxdur” deyib.
Hadisəyə qarışan avtomobilin külə döndüyünü və ondan mühərrikdən başqa heç bir şey qalmadığını bildirən Hoçul, partlayışın təsiri ilə yanan avtomobilin hissələrinin çox geniş bir sahəyə səpələndiyi barədə məlumat paylaşıb.
Nuranə Məmmədova






