Rusiyalı jurnalist və müxalifətçi Vladimir Kara-Murzaya (Rusiyada xarici agent kimi tanınır) verilən hökm “repressiyanın dəhşətli əlamətidir”. Vaşinqton rusiyalını dərhal azad etməyə çağırır. Moskva Şəhər Məhkəməsinin vətənə xəyanət işi üzrə çıxardığı qərarı ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi belə qiymətləndirib. Elchi.az bu barədə RBC-yə istinadən xəbər verir.
“Bu qərar bu ölkədə müxalifəti susdurmaq cəhdidir və Rusiya hökumətinin siyasətinə alternativ təklif etmək cəsarətində olanlara nümunədir. Kara-Murzanın iddia etdiyi kimi, hakimiyyətə həqiqəti söyləmək xain deyil, vətənpərvər bir hərəkətdir”, – diplomat bildirib.
Havar Şəfiyeva





