Ukrayna, ABŞ və Qərb müttəfiqlərinin dekabrın 16-da Səudiyyə Ər-Riyadda keçirilən gizli görüşündə Kiyev Rusiya ilə sülh danışıqlarının şərtlərinə dəstək qazanmağa çalışsa da, bu məqsədə nail olunmayıb. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Ər-Riyadda keçirilən son görüşdə ciddi irəliləyiş əldə olunmadı Ukrayna və onun G7 müttəfiqləri qlobal cənub ölkələrinin Rusiya ilə birbaşa əlaqəyə dair çağırışlarını rədd etməyə davam etdilər”, – deyə nəşrin mənbələri bildirib.
Ukrayna prezidenti Vladimir Zelenskinin sülh formulu ilə bağlı keçirilən görüşdə Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanı rəsmilərinin də iştirak etdiyi vurğulanır.
Havar Şəfiyeva






