Ohayo ştatında Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ Konqresinin binasında terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi
saxlayıblar.
APA-nın məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib.
Qeyd olunur ki, Kristofer Li Kornell adlı şəxs Konqresin binasına hücum edərək qanunvericilərə atəş açmaq, partlayış törətməyi planlaşdırırmış.



