Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ Konqresində çıxış etməkdən imtina etməsini amerikalı parlamentarilərin sıx iş qrafiki ilə izah edib. Elchi.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
“Qanunvericilərin sıx qrafikini nəzərə alaraq Konqresdə danışmaq üçün kifayət qədər vaxt olmadığını söylədi” – deyə kanal açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden və Zelenski sentyabrın 21-də Vaşinqtonda görüşəcək. Həmin gün ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlamaq niyyətindədir. 30-a yaxın respublikaçı isə buna qarşı çıxıb.
Havar Şəfiyeva





