"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-la İran toqquşarsa…

11 Fevral 2017 - 12:33
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

ABŞ-la İran toqquşarsa, udarıq, yoxsa uduzarıq?....(təhlil)

DOĞRUDANMI HƏR ŞEYİ BİLİRİK?
Dünya büsbütün müəmma içindədir. Narahatlıq, bir az da şübhə və tərəddüdlər baş alıb gedir. Məsələ bundadır ki, ABŞ – dakı son prezident seçkilərinin qlobal siyasətə gətirdiyi düyünlü suallar hələ də açılmaq bilmir ki, bilmir…
Bəli, prezident D.Tramp tapmaca, özü də çox qorxulu bir kimi qalmaqdadır. İndi üçün yalnız bunu demək mümkündür ki, bu adam bu vaxta qədər ən çox diqqət mərkəzində olan nəinki siyasətçi V.Putini, hətta dünyanın çox məşhur şou–biznes adamlarını belə geridə qoyubdur.
Elə bəri başdan deyim ki, bu mövzuda yazmaq çox çətindir. Ona görə yox ki, deyiləsi və bölüşəsi fikir yoxdur. Sadəcə, axır vaxtlar belə səpkili yazılar bir azacıq maraqsızlaşıb…
Məsələ də bundadır ki, insanların çoxu bu xüsusda artıq “hər şeyi” bildiyini zənn edir. Amma belədirmi? Doğrudanmı biz D.Trampla bağlı hər şeyi yerli – yataqlı bilirik?
Düşünmürəm. Ona görə ki, dünyanın ən böyük siyasət və yaxud da ictimaiyyət adamları, hətta sanballı politoloqları belə ABŞ – ın gələcək siyasətini hələ də özləri üçün sirr və tapmaca hesab edirlər.
YENİ PREZİDENTƏ OPPONENTLİK EDƏNLƏR DƏ AZ DEYİL… 
Bir neçə böyük istiqamət var ki, hamı onlarla bağlı vəziyyətin durulaşmasını, aydınlaşmasını gözləyir. Mən həmin istiqamətləri bir – bir sadalamayacam, çünki bu haqda əvvəllər də çox yazmışam.
Bu gün üçün isə təkcə onu demək olar ki, hazırda ABŞ siyasətində iki çox ciddi tendensiya özünü biruzə verməkdədir.
Bəli, ən birincisi budur ki, D.Tramp artıq ölkəsində müəyyən müqavimətlə qarşılaşır. Burada söhbət heç ictimai pressinqdən də getmir, halbuki bu da vardır – insanlar D.Trampa qarşı indiyədək çox etirazlar nümayiş etdiriblər, hətta yeni prezidentə qarşı “impiçment” tələbləri belə olubdur. Amma burada söhbət bilavasitə siyasi və hüquqi institutların pressinqindən gedir.
Məsələn, Konqress də respublikaçıların nəzarətində olsa da, konqresmenlər və senatorlar D.Trampın bütün qərarlarına qarşı heç də “hə” demək niyyətində deyillər. Senator C.Makkeyn dərhal bildirmişdi ki, əgər Tramp Rusiyaya qarşı sanksiyaları götürmək fikrinə düşərsə, ona qarşı koalisiya təşkil edəcək.
Картинки по запросу Mccain graham cardin
Hətta bu yaxınlarda belə bir xəbərlər də səsləndi ki, guya parlamentarilər və Trampın yeni məmurları prezidentin Rusiya ilə bağlı fikirlərini dəyişdirməyə nail olublar. Amma belə xəbərlər hələ özünün daha ciddi şəkildə təsdiqlənməsini tələb edir…
Və yaxud da artıq məhkəmələr yeni prezidentin bəzi qərarlarının qüvvəsini dayandırmaqdan belə çəkinmirlər. Bütün bunlarsa bir daha onu deməyə əsas verir ki, gec-tez D.Tramp cənabları da qəbul etməyə məcbur olacaq ki, siyasət assosiativ məşğuliyyətdir və burada kollegial qərarlar qəbul etməyə ehtiyac var.
Şanlı Rusiyaya gəldikdə isə, bircə onu deyə bilərik, D.Tramp hətta ordunu da “yenidən” quracağını, onun texniki parkını genişləndirəcəyini vəd edir. Hətta hərbi xərclərin daha 50 milyard dollar da artırılacağı bildirilir. Bu isə o deməkdir ki, yenə də ABŞ  dünyanın ən qüdrətli hərbi dövlət kimi qalmaq iddiasındadır…
PROBLEMLİ QONŞU…
Digər bir detal odur ki, ümumilikdə Rusiya ilə bağlı siyasət hələ aydınlaşmayıb. Avropa ilə, NATO ilə münasibətlərin necə qurulucağı, BMT – yə hansı münasibət sərgilənəcəyi hələ bəlli deyil. Amma bir ölkə var ki, D.Tramp ona qarşı daha “aydın” siyasət, münasibət sərgiləyir. Bu da İrandır. Elə bir həftə olmur ki, yeni prezident həmin ölkə ilə bağlı hər hansı sərt bir açıqlama verməsin və özünün sosial şəbəkəsində bununla bağlı nəsə yazmasın…
Картинки по запросу trump on iran
Məsələ bizim üçün də önəmlidir. Ən azı ona görə ki, İran qonuşumuzdur. Sözsüz ki, ideal qonşu deyil, öz siyasətində tez-tez, necə deyər, gah nala, gah da mıxa vurur. Azərbaycanı və onun ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, o biri tərəfdən də Ermənistanla çox geniş və sıx əlaqələr qurur. Bir sözlə, İran bir az  problemli qonşudur…
Hələ heç onu da demirəm ki, İran bizim üçün həm də Cənubi Azərbaycan, on milyonlarla həmvətənlimiz deməkdir. Təbii ki, İranla bağlı siyasətdə biz də qeyri-ixtiyari olaraq həmin iki əsrlik problemin də açarını tapmaq istəyirik…
Həm də burada bir məsələ də var. İranla ABŞ-ın münasibətlərinin korlanması Azərbaycanın qlobal siyasətdə önəmini artıra bilən faktor olar. Amma güman etmirik ki, belə bir perspektiv rəsmi Bakının ürəyincə olsun. Əvvəlki dövrlərdə də, xüsusən də son illərdə kiçik Buşun vaxtında da ABŞ-İran münasibətləri heç də rəvan deyildi.
B.Obama vaxtında da İranla müəyyən anlaşmanın yaranmasının da səbəbi bu idi ki, Vaşinqton iki cəbhədə vuruşmaq istəmədi. Rusiya ilə münasibətlər korlanandan sonra ABŞ müvəqqəti olaraq “İran səhifəsi”ni çevirmək qərarına gəldi. Buna görə onu qınayan müttəfiqləri də tapıldı – məsələn, İsrail indiyədək belə vəziyyətlə barışmaq istəmir.
Bir daha deyirik ki, D.Tramp cənablarının Rusiya ilə bağlı yekun siyasəti hələ də bəlli deyil. Amma hiss olunan budur ki, o, Rusiyanı əsas problem kimi görmür. Ona görə də ABŞ yenidən öz siyasətinin “İran səhifəsi”ni geri qaytara bilər və artıq qaytarmaqdadır…
DAHA BİR CƏHƏNNƏMƏ “VƏSİQƏ” VERƏRLƏRMİ?..
Bütün vaxtlarda Azərbaycan belə bir siyasətdən tamamilə kənarda qalmağa çalışıb. Hətta ən gərgin anlarda da İrana qarşı siyasətə qoşulmayıb, ona qarşı sanksiyalara dəstək verməyib. Güman edirik ki, bundan sonra da belə olacaq.
O ki qaldı ABŞ-ın öz siyasətinə, heç də düşünmürük ki, Suriyadan və yaxud da digər ərəb ölkələrindəki vəziyyətdən sonra ağıllı siyasətçi daha bir cəhənnəmə vəsiqə vermiş olsun. Maraqlısı da odur ki, D.Tramp Amerikanın indiyə qədərki siyasətinə tənqidi yanaşır və hətta müəyyən məsələlərdə ölkəsini qınayır da…
Amma bu ona yenə də İrana qarşı sərt bir siyasət yürütməyə mane olmur. Bəs onun İrana qarşı siyasəti hara qədər inkişaf edə bilər? Məsələn, D.Trampın açıq şəkildə dəstək verdiyi İsrail İrana qarşı çox sərt siyasətin tərəfdarıdır.
Картинки по запросу Trump Israel
Di gəl, bir daha deyirik ki, ərəb ölkələrindəki neçə illərdir davam edən bu vəziyyət istənilən ölkə üçün hər bir halda dərs ola bilərdi. Amma kim bilir, bəlkə Qərbi belə bir vəziyyət də qane edir?..
Bütün hallarda, hələ bir – iki il bundan öncə toxunduğumuz bir maraqlı məqamı –“idarə olunan xaoslar” haqqında dediklərimizi indi də tamam kənara tullamamışıq.
Amma yenə də hesab edirik ki, daha çox ehtimal olunan budur ki,  ABŞ İranla açıq hərbi konfrontasiyaya getməz, ən azı ona görə ki, İran özü də heç də asan həzm edilən qida deyildir – bura nə Suriyadır, nə də Liviya… Ona görə də düşünürük ki, təzyiqlər yenə də daha çox siyasi və iqtisadi xarakterkli olacaqdır.
İRANI İNANDIRMAQ ÇOX ÇƏTİNDİR…
Böyük ehtimalla rəsmi Bakı bunlardan kənarda dayanmağa cəhd edəcəkdir. Müəyyən mənada bu düzgün siyasətdir. Ona görə ki, böyük dövlətlərin savaşına kiçik ölkələrin burnunu soxması əksər halda bir aqibət vəd edir – ayaqlar altında qalmaq…
Üstəlik, bu hipotetik qarşıdurma Azərbaycana konkret bir şey də vəd etmir. O cümlədən də Cənub məsələsində… Elə bu səbəbdən də neytral bir vəziyyət daha məntiqlidir.  Həm də son illərdə Azərbaycan İranla çox böyük iqtisadi layihələrə start veribdir. Məsələn, elə Cənub-Şimal tranzit dəhlizi bu qəbildəndir.
Картинки по запросу Iran Azerbaijan
Fəqət, ən qəribəsi heç bilirsiniz nədir? Tehran Bakını çox çətinliklə neytral bir ölkə kimi qəbul edir. “Məntiq” də sadədir – əgər Bakı ABŞ – la əlaqələrini davam etdirirsə və açıq bir şəkildə İranla siyasi və diplomatik həmrəylik bildirmirsə, deməli, neytral deyildir.
Əvvəlki illərdə bu siyasətin ciddi təzahürlərini duymuşduq. Amma  düşünürük ki, Bakı çətinliklə olsa da, indiyədək Tehranı səmimiyyətinə inandıra bilibsə, bundan sonra da bunu edə biləcəkdir. Hər halda, rəsmi Bakı öz cəmiyyətindən savayı hamı ilə dostluq etməyi bacarır…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ali məktəblərə yeni qəbul qaydaları – Detallar

Next Post

“Araz, Nuru Paşaya çirkab yapışmaz!”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

"Araz, Nuru Paşaya çirkab yapışmaz!"

Sabah qar yağacaq, yollar buz bağlayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.