ABŞ nümayişlər zamanı insan haqlarının pozulması iddiası ilə Moskva polisinin əməkdaşı İvan Ryabova qarşı viza sanksiyaları tətbiq edib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İvan Ryabov Moskvanın Brateyevski polis idarəsinin əməkdaşıdır. Ryabov kobud insan haqlarının pozulmasında iştirakına görə təyin edilir”, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Tətbiq olunan sanksiyalar dekabrın 10-da qeyd olunan İnsan Hüquqları Gününə təsadüf edir. Digər ölkələrdən olan fiziki və hüquqi şəxslərə də sanksiyalar tətbiq edilib.
Tətbiq olunan sanksiyalar dekabrın 10-da qeyd olunan İnsan Hüquqları Gününə təsadüf edir. Digər ölkələrdən olan fiziki və hüquqi şəxslərə də sanksiyalar tətbiq edilib.
Havar Şəfiyeva






